"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədədən sonra vəziyyəti ilə bağlı danışıb.
Sozcu.az xəbər verir ki, 18 yaşlı oyunçu Madrid klubu ilə məşqdə zədələnib. Türkiyə millisinin üzvü klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. Yaxın vaxtlarda o, Madridə qayıdacaq və müalicəyə başlayacaq.
Ançelotti mətbuat konfransında Gülerin son durumu ilə bağlı deyib: “Gülerin zədəsi ilə bağlı durum o qədər də ciddi deyil. Düşünürəm ki, Arda maksimum bir ay xəstəxanada qalacaq".
Qeyd edək ki, A.Güler iyulda "Real"la 6 illik müqavilə imzalayıb.