Türkiyənin Bursa şəhərində qan donduran hadisə baş verib.
Sozcu.az xəbər verir ki, gecə saat 03.30 radələrində Abdulsamet Y. və atası S.Y. axşam saatlarında 7 yaşlı oğlu ilə birlikdə mərkəzi Osmanqazi rayonu Hamitlər məhəlləsi 2. Vakıf küçəsində yerləşən ailəsinin evinə gəlib. Ata ilə oğul arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə qısa zamanda davaya çevrildiyi üçün anası Z.Y. müdaxilə edib və qardaşı M.Y. Abdulsamet Y.-ni otaqdan çıxararaq davanın qarşısını almaq istəyib.
Bu vaxt Abdulsamet Y. yataq otağından götürdüyü ov tüfəngi ilə qonaq otağında ailə üzvlərinə atəş açıb, əvvəlcə atasını, sonra isə anasını öldürüb. Qardaşını güllələyib.
Açılan atəşdə başından və bədəninin müxtəlif yerlərindən güllə yarası alan ana və atası hadisə yerində dünyasını dəyişib.
Yaralanmış qardaşı evdən qaçmağa çalışıb. Bu vaxt Abdulsamet Y. mətbəxdən çörək bıçağını götürərək 7 yaşlı oğlunun gözü qarşısında qardaşının boğazını kəsərək öldürüb.
Silah səsləri və M.Y.-nin kömək çağırışını eşidən qonşuların xəbəri üzərinə əraziyə çoxlu polis və sağlamlıq qrupları sövq edilib.
Hadisə yerinə gələn polis qrupları 7 yaşlı oğlu ilə evdə gözləyən Abdulsamet Y.-ni saxlayıb.
Polisin hadisə yerində araşdırmasından sonra ölənlərin cəsədləri Bursa Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.
Cinayətkar polis bölməsinə aparılarkən, 7 yaşlı oğlu mühafizəyə götürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.