ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi Donald Trampdan cüzi faiz nisbəti ilə irəlidədir.
Sozcu.az xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələri belə deməyə əsas verir.
Sorğuda iştirak edən seçicilərin təxminən 39 faizi bu gün seçkilər keçiriləcəyi təqdirdə Demokrat Co Baydenə səs verəcəklərini bildirib. Respondentlərin 38 faizi isə Respublikaçı Trampı dəstəkləyəcəyini açıqlayıb.
Sorğuda iştirak edənlərin 11 faizi digər namizədlərə səs verəcəyini, 5 faizi ümumiyyətlə seçkiyə getməyəcəyini deyib. Respondentlərin 7 faizi isə cavab verməkdən imtina edib.
Sorğuda 4,094 seçici iştirak edib. Sorğunun səhv olma ehtimalı 1,7 faiz təşkil edir.