Almaniyadan çağırış: Rus kəşfiyyatına qarşı mübarizə...

Rusiya xüsusi xidmət orqanlarına qarşı aktiv mübarizə aparmaq lazımdır.

Sozcu.az xəbər verir ki, bunu Almaniya daxili işlər naziri Nensi Fezer deyib.

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Almaniyada da təhlükəsizlik vəziyyətini dəyişib. Casusluq, dezinformasiya kampaniyaları və kiberhücumlar təhlükəsi daha fərqli forma alıb”, - Fezer bildirib.

Qeyd edək ki, bir müddət öncə Almanita ordusunun əməkdaşının Rusiyanın xeyrinə casusluq etdiyi üçün saxlanıldığı barədə məlumat yayılmışdı. Tomas.H adlı şübhəli Müdafiə Nazirliyinin silahlanma, informasiya texnologioyaları departamentində işləyirmiş.

Share on Facebook