Almaniya Putinin Cənubi Afrikada həbsi edilməsini qanuni hesab etdi: “Beynəlxalq hüquqa əməl edilsin”

“Rusiya Prezidenti Vladimir Putinin avqustda BRİKS sammitində iştirak üçün gedəcəyi Cənubi Afrikada həbsi qanunidir”.

Bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Berbok Cənubi Afrikada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı beynəlxalq hüquqa əməl edilməsinə çağırıb.

 “Hazırda beynəlxalq hüquq aydın şəkildə bəyan edir ki, təcavüzkar müharibələrə görə cavabdehlik daşıyan hərbi cinayətkarlar nə vaxtsa məsuliyyətə cəlb olunacaqlar”, - deyə nazir Almaniyanın Vismar şəhərində Baltik Dənizi Dövlətləri Şurasının iclasından sonra çıxışında qeyd edib.

Annalena Berbokun sözlərinə görə, BRİKS sammiti açıq şəkildə göstərir ki, amansız təcavüzkar müharibə və beynəlxalq nizamın pozulmasına görə məsuliyyət daşıyan hər bir təcavüzkar və hərbi cinayətkar bunun müəyyən nəticələrini görəcək. “Bu halda beynəlxalq konfranslarda iştirak etmək o qədər də asan olmazdı”, - deyə Almaniya xarici işlər naziri bildirib.

O əlavə edib ki, Cənubi Afrika artıq Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olduğunu nümayiş etdirib.

“Bu, Rusiyanın işğalçılıq müharibəsinin sırf Avropanın məsələsi olmadığını və bütün dünyanı təsir altına aldığını daha da aydın şəkildə göstərir”, - deyə Burbok vurğulayıb. /oxu.az/

Mənbə: “Zeit”

Share on Facebook