Ali Məhkəmə İmran Xanı azad etdi

Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılmasını təsdiqləyib.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Pakistan Ədalət Uğrunda Hərəkat partiyasının liderlərinə hər biri 1 milyon Pakistan rupisi girov qoymaq barədə hökm çıxarıb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi Xan və Qureyşi Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib. Lakin pakistanlı siyasətçilər ittihamları qəbul etməyiblər. Noyabr ayında Pakistanın Ədalət Uğrunda Hərəkat Partiyası Ali Məhkəməyə müraciət edərək Xan və Qureşinin zaminə buraxılmasını istəyib.

Avqustun 5-də Pakistanın keçmiş baş naziri Xan korrupsiya işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 29-da Pakistan məhkəməsi Xanın üç illik həbs cəzasını təxirə salıb və onun girov müqabilində azadlığa buraxılmasına qərar verib. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

Share on Facebook