Xəbər verdiyimiz kimi, İYİ Partiyasının sədri Maral Akşənər partiya sədrliyinə namizədliyini irəli sürməyəcək.
Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq İYİ Partiyasının sədrliyinə 3 nəfər namizədliyini irəli sürüb.
Onlar - siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dərvişoğlu, partiyanın TBMM-dəki fraksiyasının rəhbəri Koray Aydın və M.Akşənərin hazırda müavini olan Mehmet Tolqa Akaldır.