Qondarma rejimə məxsus “Artsax Müdafiə Ordusu” 19-20 sentyabr antiterror əməliyyatları çərçivəsində ləğv edildikdən sonra “ordu”nun bir çox silah-sursatı Rusiyaya təhvil verilib.
Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. KİV sözügedən aksiyanın detallarını açıqlayıb.
Erməni nəşri iddia edib ki, həmin vaxt hərbi maşınlardan hərbi nömrələr çıxarılıb və onların yerinə mülki nömrələr taxılaraq Qarabağ ermənilərinin bölgədən çıxarılmasında istifadə edilib. Qəzet yazır ki, çıxarılması mümkün olmayan texnika isə mümkün qədər məhv edilib və azərbaycanlıların əlinə keçməməsi üçün yarasız hala salınıb.
Qeyd edək ki, bu proses sülhməranlıların gözü qarşısında baş verib. Amma nədənsə, onlar ağır silahların və texnikanın yararsız hala salınmasına göz yumublar. Hazırda "Artsax" "ordu"sundan geriyə Rusiya istehsalı olan köhnə avtomatlar qalıb.