Agentlikdən yaşı 65-dən yuxarı olan müəllimlərə XƏBƏRDARLIQ

Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir. Lakin onların əksəriyyəti peşəkar müəllimlərdir.

Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada deyib.

O bildirib ki, bir çox hallarda yaşı 65-dən yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər:

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onların əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq".

Share on Facebook