Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Share on Facebook