Ağdaşda 28 yaşlı gənc öldürüldü

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Share on Facebook