Meyxanaçı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyiş yoxdur.
Bu barədə Pravda.az-a açıqlamasında meyxanaçının sənət dostu Ağamirzə Məmmədov məlumat verib.
“Kərimin səhhəti necə var, elədir. Heç nə... Uzanıb qalıb. Nə dura bilir, nə otura... Çox çətinliklə danışır. Heç bəzən sözlərini başa düşmək olmur. Evdədir hələ. Axrıncı dəfə on-on beş gün bundan əvvəl görmüşəm. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bütün xəstələrə kömək olsun...”, - o bildirib.
Xatırlatma: Kərim Novruzovun 2017-ci ildə beyninə qan sızıb. 2021-ci ildə ikinci dəfə insult keçirib və həmin vaxtdan yataq xəstəliyinə məhkum olub, hərəkət qabiliyyətini itirib. Meyxanaçı həmçinin yüksək qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir.