Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib.
Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib. 47 yaşlı Xəzər Ələsgər oğlu Nəsibov yaşadığı evdə zəhərlənərək xəstəxanaya aparılıb.
Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.