Abşeron 3, Yardımlıda 5 otaqlı ev yanıb

Abşeron və Yardımlıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share on Facebook