ABŞ və Kanada arasındakı körpüdə partlayış: ölənlər var

ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. Hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Share on Facebook