ABŞ səfirliyi Azərbaycanla sərhədə səfərləri qadağan etdi

ABŞ-ın İrəvandakı səfirliyi əməkdaşlarının Ermənistanın bir sıra regionlarına səfərlərini qadağan edib.

Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yayılıb.

“Ermənistan və Azərbaycan arasında davam edən münaqişə səbəbindən ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərlər qadağan edilib”, - məlumatda deyilib.

Səfərlərin qadağan olunduğu yerlər Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir. Ararat vilayətinin Arazdəyən rayonuna səfərlər qadağan edilməyib, amma burada dayanmaq olmaz.

Qeyd olunur ki, ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmalı, Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər.

Share on Facebook