Rusiya Federasiyasından uranın idxalına qadağa ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
Sozcu.az xəbər verir ki, qanun layihəsi 2040-cı il dekabrın 31-dək Rusiyada və ya Rusiya şirkətləri tərəfindən istehsal olunan tükənmiş uranın ABŞ-a idxalını qadağan edir.
"The Hill" yazır ki, təşəbbüs həm Respublikaçı, həm də Demokratlar Partiyalarının nümayəndələri tərəfindən bəyənilib.
Qanun layihəsi Senat tərəfindən təsdiqlənərsə və ABŞ prezidenti Co Bayden tərəfindən imzalansa, məhdudiyyətlər qüvvəyə minəcək.