ABŞ İsraili qorumaq üçün donanma göndərdi

Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Qeyd edilib ki, “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir.

“Ford”la yanaşı, ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir.

“Bundan əlavə, Bayden Administrasiyası dərhal İsrail ordusunu əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk hərbi yardım bu gün hərəkətə başlayacaq və yaxın günlərdə çatdırılacaq”, - Ostin bildirib.

Qeyd edək ki, daşıyıcı qrup onsuz da Aralıq dənizində idi. Keçən həftə İon dənizində İtaliya ilə dəniz təlimlər keçirib.

Share on Facebook