Amerikanın “Virciniya” sinfinə aid “Missuri” nüvə sualtı qayığı Cənubi Koreyanın Pusan şəhəri sahillərinə yan alıb.
Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, noyabrın 22-də ABŞ-ın “Los-Anceles” sinfinə aid “Santa Fe” nüvə sualtı qayığı Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına çatmışdı.