ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Avropa Birliyinin (AB) bu ölkədəki Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
Sozcu.az xəbər verir ki, məlumatı AB-nin Monitorinq Missiyası yayıb.
“ABŞ səfiri Tavuş vilayəti ərazisində patrul xidməti üçün AB-nin monitorinq missyasına qoşulub. Səfər missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib”, - məlumatda bildirilib.