Azərbaycan və Ermənistan arasında sülh əlçatandır.
Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
“Ötən həftə Dövlət katibi Blinkenin də bildirdiyi kimi, sülh əlçatandır, məsələlərin həllində və davamlı sülhə nail olunmasında dialoq açardır və biz birbaşa iştirakımız da daxil olmaqla tərəfləri bu cəhdlərində dəstəkləməyə davam edəcəyik” – deyə Miller qeyd edib.