Əgər avropalı tərəfdaşlar çatdıra bilməsələr, ABŞ ukraynalı pilotlara təlim keçməyə hazırdır.
Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
“Avropada təlim proqramları dolu olarsa, biz pilot təlimlərinə açığıq. Hazırlıqlara Danimarka və Niderland rəhbərlik edir. Əgər onların Ukraynanın göndərdiyi qədər pilot yetişdirmək imkanları yoxdursa, biz ABŞ-da təlim keçməkdə kömək edəcəyik”, - məlumatda qeyd olunub.
Sinqx həmçinin bildirib ki, ukraynalı pilotlar həm də ingilis dili proqramını keçməlidirlər.