ABŞ-dan Laçındakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı daha bir açıqlama

“Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri ABŞ Dövlət Departamentinin Baş katibinin çox yüksək qiymətləndirdiyi və çox önəm verdiyi bir məsələdir. Həftə sonu gördüyünüz kimi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması bizi çox narahat edir”.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel aprelin 25-də keçirdiyi brifinqdə deyib.

“Açığını deyim ki, bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin olmasının tərəfdarıyıq. Lakin baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, katib - biz bununla dərindən məşğul olmağa davam edəcəyik”, - V.Patel əlavə edib.

Qeyd edək ki, Dövlət Departamentinin Mətbuat xidməti daha əvvəl yaydığı bəyanatda ABŞ-ın Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahat olduğu bildirilib.

Share on Facebook