Tiktok tətbiq olunan qadağa səbəbindən ABŞ-da fəaliyyətini dayandırıb.
Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar:
“ABŞ-da Tiktokun qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də Tiktokdan istifadə edə bilməzsiniz”.
Məlumata görə, xidmət “Əpp Stor”da axtarış nəticələrində görünmür, “Quql Pley”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tiktok sosial şəbəkəsi ilə bağlı qərarı yaxın vaxtlarda verəcəyini açıqlamışdı.