ABŞ-da nüvə sınağı açıqlaması: Nüvə partlayışı deyil...

ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq nüvə zəncirvari reaksiya yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt deyib.

"Bəhs etdiyimiz sınaqlar sistem sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, əksinə, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdıqlarından və nüvə partlayışına səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlar adlanır", - deyə o, “Foks Nyus”a verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlamışdı.

Share on Facebook