Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.
Sozcu.az xəbər verir ki, bu barədə Florida Universitetindən bildirilib.
Universitetin ekspertlərinin hesablamalarına görə, ölkənin 82 713 594 vətəndaşı erkən səs verib - 45 milyona yaxını seçki məntəqələrində, 37.7 milyonu isə poçt vasitəsilə.
Səs verənlərin 37.8 faizi Demokrat, 35.8 faizi isə Respublikaçılar Partiyasının üzvləri olub. Qalan 26.4 faiz seçici siyasi mənsubiyyəti barədə məlumat verməyib.
Ən çox səs verən ştat Texas (8.9 milyon) olub. Florida (8.3 milyon) və Kaliforniya (8.1 milyon) ştatları isə sonrakı yerləri tutublar.
Qeyd edək ki, ABŞ-da ümumi seçici sayı 168 milyon nəfərdir.