ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına İraqa səfər etməmələri barədə xəbərdarlıq edib.
Sozcu.az xəbər verir ki, Bağdad səfirliyi və Ərbil konsulluğunda işçilərə və onların ailələrinə ölkəni tərk etmələri barədə göstəriş verilib.
İsrail və HƏMAS arasında qarşıdurmalar davam etsə də, İraqda ABŞ əsgərlərinin olduğu bazalar hədəfə alınmağa davam edir.
ABŞ Dövlət Departamentindən edilən açıqlamada İraqa səyahət xəbərdarlığının 4-cü səviyyəyə qaldırıldığı və ABŞ vətəndaşlarına İraqa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib.
Açıqlamada, səyahət xəbərdarlığının terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və İraq Missiyasının ABŞ vətəndaşlarına dəstək vermək imkanlarının məhdud olması səbəbindən edildiyi bildirilib.
(Haber Global)