İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın aprelin 8-də Suriyaya səfəri zamanı onu Dəməşq hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb.
Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Bildirilib ki, Abdullahian Dəməşqdə olan iranlı diplomatlar tərəfindən qarşılanıb.
Bir sıra mənbələr bildirir ki, aprelin 1-də İsrailin Dəməşqdə 7 SEPAH üzvünü öldürməsindən sonra Tehranla Dəməşq arasında problemlər yaranıb. Bunun SEPAH komandirlərinin yeri və gizli iclasları ilə bağlı Suriya hökumətinin məlumat sızdırdığı ehtimalı ilə bağlı olduğu iddia edilir.