2025-ci ilin yekunlarına görə, Gürcüstan AB-dən heç bir maliyyə yardımı almayacaq.
Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, maliyyə dəstəyinin 2026-cı ildə bərpa olunması ehtimalı da azdır.
Qeyd edək ki, söhbət 120 milyon avrodan gedir və onun ayrılması 2024-cü ildə dondurulmuşdu, çünki Brüssel Gürcüstanın demokratiya meyarlarına cavab vermədiyini hesab edir.
