Qəzza zolağında münaqişə səbəbindən ən azı 73 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məlumatında bildirilib.
Məlumatda ötən gündən bəri 73 min insanın BMT-nin bölgədəki məktəblərinə yerləşdirildiyi bildirilib.