696 bal toplayaraq ölkə birincisi olmuş tələbə dəm qazından boğuldu

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi Feysbukda məlumat yayıb.

Bildirilib ki, S. Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

“2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, fakültənin ən yaxşılarından biri, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib”, - məlumatda deyilir.

Qeyd olunub ki, o, ABŞ-də təcrübə keçib.

Share on Facebook