431-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 431-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 190 510 hərbçi, 3699 ədəd tank, 7189 ədəd zirehli döyüş maşını, 2914 ədəd artilleriya sistemi, 544 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 295 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5842 ədəd avtomobil texnikası, 2475 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 357 xüsusi avadanlıq itirib.

Share on Facebook