421-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 421-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 184 420 hərbçi, 3667 ədəd tank, 7120 ədəd zirehli döyüş maşını, 2825 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5707 ədəd avtomobil texnikası, 2386 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 332 xüsusi avadanlıq itirib.

Share on Facebook