41 yaşlı kişini döyərək öldürənlərdən daha biri saxlanıldı

Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb.

Sozcu.az Oxu az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb.

Share on Facebook