40 min rəsmi narkoman – Azərbaycanda vəziyyət kritik həddə çatdı

“Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycanda narkomaniyanın geniş formada yayılmasının bir çox səbəbləri var:

“Bu çox ciddi mövzudur. Azərbaycanda narkomaniyanın bu şəkildə yayılmasının bir çox səbəbləri var. Birinci səbəb odur ki, Azərbaycan elə ölkələrin arasında yerləşir ki, həmin dövlətlərdə narkomaniya çox yüksək səviyyədə yayılıb. Hətta İranın narkomaniya ilə mübarizə idarəsinin rəisi özü etiraf edir ki, rəsmi qeydiyyatdan keçən 3 milyona yaxın narkoktik istifadəçisi var. Oxşar vəziyyət, Rusiya, Türkiyə və Gürcüstanda da var. İkinci səbəb odur ki, Azərbaycan vaxtilə işğal altında olan və digər bölgələrində narkotik əkib-becərilməsi ilə bağlı faktlarla tez-tez qarşılaşırıq. Digər mühüm məqam ondan ibarətdir ki, biz narkomaniyaya qarşı daha effektiv üsul tətbiq etməliyik. Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.  

Sosiloloq qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə valideynlərin və məktəblərin üzərinə ciddi məsuliyyət düşür:

“Narkomaniya asılılığı qlobal bir problemdir. “Ağ ölüm” adlandırılan bu bəla bütün ölkələri narahat edir. Azərbaycanın xüsusən sərhəd rayonlarında bu geniş yayılıb. Şübhəsiz ki, paytaxtda da belədir. Ən pisi də odur ki, narkomaniyanın yeni-yeni formaları ortaya çıxır. Xüsusən də gənclər və yeniyetmələr arasında daha çox yayılır. Deməli valideynlər uşaqlar və gənclər üzərində nəzarət sistemini gücləndirməlidir. İkinci növbədə isə məktəbdə şagirdlərlə aidiyyəti şəxslər mütəmadi olaraq işləməlidir. Əgər biz kooperativ sosial məsuliyyəti başa düşərək, bu istiqamətdə ciddi işlər görsək, effektiv nəticələr əldə edə bilərik. Amma görünür ki, narkomaniya ilə mübarizədə biraz pərakəndəlik var. Narkomaniya nəinki indiki, gələcək nəsilləri də təhdid edir”.

Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Rəsmi rəqəmlərə əsasən, ölkədə 40 490 nəfər “rəsmi” narkoman var.

Share on Facebook