Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - 20 yaralı var

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb.

Sozcu.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, hadisə nəticəsində 20 nəfər yaralı var.

Qeyd edək ki, avtomobil qəzasında 4 nəfər dünyasını dəyişib.

***

19:31

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb:

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.

Share on Facebook