3 milli fəala 12,9 il həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsinin ikinci bölməsi azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimini ümumilikdə 12 il 9 ay azadlıqdan məhrum edib.

Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıblar.

Adı çəkilən fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

Share on Facebook