Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.
Qapalı keçirilən prosesdə anket məlumatları yoxlanılıb.
Prosesdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib.
İş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Ramin İsayev 16 milyonluq mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri üzrə ittiham verilib.
R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.