14 yaşlı uşağı "tok" vurub öldürdü

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook