1 $ = 29.12 lirə: Türkiyədə şok məzənnə

Bazar ertəsi türk lirəsinin dollara qarşı məzənnəsi tarixdə ilk dəfə 1 dollar üçün 29 lirəni keçib.

Sozcu.az Reuters-ə istinadla xəbər verir ki, bunu TradingView terminalında ticarət məlumatları sübut edir.

Ən yüksək həddində məzənnə 1 dollar üçün 29,12 lirə olub.

İl ərzində Türkiyənin milli valyutası 35% ucuzlaşıb.

Noyabrın sonunda Türkiyə hakimiyyəti ölkədə illik inflyasiyanı demək olar ki, yarıya endirmək niyyətində olduqlarını, 2024-cü ildə hazırkı 65%-dən 34%-ə çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Ölkədə inflyasiya 2021-ci ilin iyun ayındaki minimum dəyərlərdən bu ilin sentyabrına qədər 60%-ə yüksəlib. 2024-cü ildə hədəfə çatdıqdan sonra maliyyə orqanları sabit inflyasiya dəyərləri yaratmağı hədəfləyir.

Mərkəzi Bankın proqnozunda inflyasiyanın 2024-cü ildə 33%-ə, 2025-ci ildə isə 15%-ə enməsi nəzərdə tutulur.

Share on Facebook