Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələnin daha çox gecə saatlarında baş verməsi ilə bağlı suallara aydınlıq gətirib.
Sozcu.az xəbər verir ki, Q.Yetirmişli məsələni belə şərh edib:
“2012-ci ildə Zaqatalada zəlzələ səhər baş vermişdi. Ağsu zəlzələsi də 2018-ci ildə səhər olmuşdu. “Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur. Ani bir proses istənilən vaxt baş verə bilər”, - direktor qeyd edib.