Rusiyanın itkiləri 305 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 619-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 304 100 hərbçi, 5276 ədəd tank, 9939 ədəd zirehli döyüş maşını, 7363 ədəd artilleriya sistemi, 861 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 568 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9716 ədəd avtomobil texnikası, 5534 ədəd PUA, 1551 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1038 xüsusi avadanlıq itirib.

Share on Facebook