“Barselona” ilə oyunu buraxa bilər – ÇL-də

“Liverpul”un hücumçusu Roberto Firmino Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyununu buraxa bilər.

Sozcu.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, əzələsində problem olan braziliyalı futbolçunun “Nou-Kamp”dakı matçda meydana çıxması sual altındadır. 27 yaşlı forvard eyni səbəbdən dünən İngiltərə Premyer Liqasının 36-cı turunun “Haddersfild”lə görüşündə (5:0) də oynamayıb.

Qeyd edək ki, “Barselona” – “Liverpul” oyunu mayın 1-də keçiriləcək.(Qol.az)

Facebook Comments