Məktəblərlə bağlı DƏHŞƏTLİ STATİSTİKA: Ciddi problemlərə səbəb ola bilər

Yeni tədris ilində paytaxt məktəblərində yarım milyondan çox şagird təhsil alacaq. Dəqiq sayla desək, 513 698 şagirdin Bakıda təhsil alacağı gözlənilir. Belə olan halda, düşünülür ki, bir sinifdə azı 30-40 nəfər olacaq.  Bu rəqəmlər, ümumiyyətlə isə Bakıda yarım milyondan çox şagirdin təhsil almasına paytaxt məktəblərinin yetərincə potensialı varmı? Həmin say təhsilin keyfiyyətinə necə təsir edəcək?  Təhsil eksperti Cahid İmanlı bu məsələni “Yeni Sabah”a şərh edib:  vakansiya “Qanunvericiliyə görə, hər bir şəxsin təhsil almaq hüququ vardır. Hər bir şagird özünə yaxın ərazidə yerləşən məktəbdə təhsil ala bilər. Amma o halda ki, buna məktəbin də infrastrukturu-maddi - texniki bazası, tədris otaqları və s. imkan versin. Sovet dövründə tikilən məktəblərin bir çoxunda sinif otaqlarının sahəsi xeyli genişdir. Belə sinif otaqlarında fənn kabineti də təşkil edilirdi, bir neçə şkaf-mebellər olurdu, əlavə pedaqoji prosesi dəstəkləyən resurslar da yerləşdirilirdi. Sinif otağının geniş olması şagirdlərin sağlamlığı,onların təhlükəsizliyi baxımından da vacib amillərdən biri sayılır. Lakin təssüf hissi ilə demək istəyirəm ki, Bakı şəhəri və ətraf qəsəbələrin bir çoxunda şagird sıxlığına görə ciddi problemlər yaşanır. Bəzən məktəblərdə iç-içə yerləşən sinif otaqlarına belə rast gəlinir. Yaxşı halda məktəbin koridorundan, bufetindən və ya digər bir hissəsindən kəsərək yeni sinif otaqları düzəldilir. Ən pisi də odur ki, geniş sinifləri "ağzı dolana qədər" şagirdlə doldururlar. Partalar arasındakı məsafələr, partanın lövhə ilə arasındakı məsafə nəzərdə tutulan normativlərdən qat-qat az olur. Belə olan halda, şübhəsiz ki, tədrisin keyfiyyəti də itir”.  Ekspert bildirib ki, hansısa məktəbdə şagirdlərin kəmiyyətinin artması qətiyyən keyfiyyətə təsir etməməlidir:  “Məsələnin həlli üçün strateji planlaşma lazımdır. Məsələn, hansısa şəhərcik salınırsa, hətta ilk bina tikilməmişdən əvvəl ilk olaarq uşaq bağçası, məktəb tikilməlidir. Hazırda biz bu prosesi işğaldan azad edilən ərazilərimizdəki tikinti-quruculuq işlərində müşahidə edirik. Ümumiyyətlə, aidiyyatı qurumlar məsələnin həllinin bir çox alternativ yollarını tapmalı və həll etməyə çalışmalıdırlar”. 

Apteklər müştəriləri belə aldadır - Ağlasığmaz fırıldaq

Son vaxtlar market, aptek və digər ictimai-iaşə məntəqələrində alış-veriş edən zaman, ödəniş müqabilində verilən qəbzlərin ƏDV-ləri bir çox hallarda vətəndaşlara geri qaytarılmır. Bunun müxtəlif səbəbləri var.  Bəzi hallarda müştərilərə təqdim olunan qəbzin barkodunu telefonla skan etmək mümkün olmur. Bəzən isə işin içinə dələduzluq girir. Daha dəqiq desək, vətəndaşa əlavə dəyər vergisi ilə bağlı qaytarılmalı olan məbləğ önəcədən istifadə edilir. Bu hallarla bağlı şikayətlər ən çox apteklərlə bağlı səsləndirilir. Bəs görəsən, vətəndaşlar belə vəziyyətlərdə nə etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən hallarla bağlı son aylar şikayətlər xeyli artıb:   socar vakansiya “Bu hal mövcuddur və son 5 ay ərzində daha çox artıb. Burada digər problem isə odur ki, bəzən skayner və telefon həmin qəbzi ya oxuya bilmir ya da bir neçə gündən sonra oxuyur. Bunun texniki səbəbini mən bilmirəm”.  Eyyub Hüseynov belə situasiya ilə qarşılaşan müştərilərin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edib:  “Bu dövlətin sosial siyasətinin biznes qurumları tərəfindən pozulması, sabotaj edilməsidir. Belə hallarda vətəndaşlar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”. 

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib. Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.

Metroda nasazlıq: sərnişinlər düşürüldü

Metronun "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. "Baş verən nasazlıq "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb".

Bakıda tozun miqdarı ilə bağlı yeni açıqlama...

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib. "Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən azalacağı gözlənilir”, - deyə bildirilib.

Meteor yağışı olacaq

“İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq”. Bu barədə Sozcu.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir. Qeyd edilib ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.

Növbəti iki gündə hava isti olacaq

Sentyabrın 3-4 tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. Ə. Əsgərov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb. “Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Qəbələdə yüksək, Şəkidə isə çox yüksək, Quba-Xaçmaz bölgəsində Xızıda yüksək, Quba, Qusar, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Astarada yüksək, Yardımlıda isə çox yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”. Xidmət rəsmisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Bakıda tozlu hava: neçə gün davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.  Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.  O qeyd edib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.  aptek depo Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır:  "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir". 

Azərbaycanda psixi xəstəliklər artacaq, boşanmalar uçuruma aparır – Sosioloq

Azərbaycanda yeni ailə quranlar və boşanma statistikasında ciddi fərq ildən – ilə artır. Sosial şəbəkələr və informasiya vasitələri hər gün bir ailə dramı, faciəsi xəbərini yayımlayır. Baş verənləri təhlil etdikdə artıq ciddi tədbirlərin görülməsinə ehtiyac var. “Cəmiyyətdə münaqişələr, aqressivlik, qarşıdurmalar, psixoloji gərginlik, stres, depressiya halları kəskin artıb. Artıq bu, kənar şəxslərdən doğmalar arasına keçib. Bunun iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji, digəri isə sosial-iqtisadi. Milli dəyərlərin itirilməsi, yad dəyərlərin təbliği artıb. Psixi xəstəliklərin artımı çox yüksəkdir, süni və zərərli qidalar insanlarda güclü aqressiya yaradır” Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ailə münaqişələri haqda danışarkən deyib. Sosioloqun sözlərinə görə, işsizlik, kasıbçılıq kimi məsələlər də insanlarda ciddi stres, qıcıq yaradır: “Bütövlükdə götürəndə insan psixologiyasına, fiziologiyasına qarşı ağır bir terror gedir. Belə bir gərgin, stresli həyat tərzi sürmək neqativ hallara səbəb olur. Bu sahədə cəmiyyət tamamilə müdafiəsiz buraxılıb. İnsanların ailə qurarkən fiziki, maddi dəyərlər üzərindən baxması, mənəvi dəyərlərə konkret olaraq tüpürməsi ailə münaqişlərinə çıxarır”. E.Bayramlı deyib ki, bunun qarşısı alınmazsa, nəticələr heç də ürəkaçan olmayacaq: “Cəmiyyətdə stress, aqressivlik artacaq. Biz uçuruma doğru gedirik və qarşısını almaq üçün tədbir də görmürük. Bütün müsbət xüsusiyyətlər lağa qoyulur, mənfi xüsusiyyətlər isə normal sayılır. Əgər biz sağlam gələcək yaratmaq istəyiriksə, dövlət və cəmiyyət olaraq bu məsələlərin üstünə düşməliyik”.

Azərbaycanda poliklinikalarda onlayn sistem çökdü

Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb. 15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.