Fransız mütəxəssis Zinəddin Zidan PSJ-yə baş məşqçilik etməsi ehtimalı daha da artıb.
Sozcu.az xəbər verir ki, bu barədə "Mundo Dpoertivo" məlumat yayıb. 50 yaşlı fransalı məşqçiliyə PSJ-də qayıtmaq niyyətindədir. Belə olan halda Paris klubu futbolçusu Neymarla yolları ayıracaq. Bu məsələnin səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Zidan əvvəllər Fransa millisinə baş məşqçilik etmək istəyirdi. Lakin yerli federasiya hazırkı baş məşqçi Didye Deşamla müqaviləni uzatmağa qərar verib.