Vaşinqton Ukrayna Prezidenti Vladimir Zelenskinin 27 noyabr cümə axşamı tarixinə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni sülh planının imzalamasını gözləyir.
Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri Zelenskinin müqaviləni gələn həftə Şükranlıq günündən (27 noyabr - red.) əvvəl imzalayacağını gözləyir ki, o, sülh müqaviləsini bu ayın sonunda Moskvaya təqdim edə bilsin. Onlar bu prosesi noyabr ayının sonuna qədər başa çatdırmaq istəyirlər ki, münaqişənin həllinin bütün mərhələləri 2025-ci ilin dekabr ayına qədər tamamlan“, - məlumatda deyilib.
