Rusiya İrandan mindən çox pilotsuz təyyarə və digər silah alıb.
Sozcu.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sayəsində Rusiya Federasiyasında istehsal olunan raketlərin sayı xeyli azalıb.
"Başqa silahlar da var. Bizdə dəqiq məlumat var, onlar bunu bu yaxınlarda ediblər", - prezident bildirib.
Eyni zamanda prezident əlavə edib ki, hava hücumundan müdafiə vasitələri sayəsində Ukrayna özünü bu dronlardan müdafiə etməyi bacarır.