Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram hesabında yazıb.
"Prezident Trampla məhsuldar söhbət oldu. Əsas məsələ, əlbəttə ki, müharibəyə son qoymaqdır. Biz vicdanlı və davamlı sülh üçün göstərdiyi bütün səylərə görə ABŞ prezidentinə minnətdarıq. Ölümləri ən qısa zamanda dayandırmaq həqiqətən lazımdır, biz bunu tam dəstəkləyirik. Ruslar bunu uzatmasaydılar, müharibə çoxdan bitmiş olardı", - Zelenski vurğulayıb.