Bizim üçün vacib olan odur ki, Rusiya əks-hücumu görsün və nəticələrini hiss etsin.
Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“Bu, film deyil, sizin əks-hücumu necə gördüyünüzü demək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görsün, nəinki görsün, həm də hiss etsin. Əks-hücumun hədəfi Ukrayna torpaqlarının işğaldan azad edilməsidir. O zaman cəmiyyət anlayacaq ki, əks-hücum əməliyyatı başlayıb”, - deyə dövlət başçısı bildirib.