Prezident Vladimir Zelenski Ukraynanın qələbəsi üçün gələn həftənin əhəmiyyətli olacağını qeyd edib.
Sozcu.az xəbər verir ki, Ukrayna lideri vətəndaşlara bugünkü videomüraciətində artıq planlaşdırılan tədbirlərə hazırlıq getdiyini bildirib.
"Növbəti həftə müdafiəmiz, qələbəyə doğru hərəkətimiz üçün xüsusilə əlamətdar olacaq. Biz artıq planlaşdırılan tədbirlərə və qərarlara hazırlaşırıq", - Zelenski vurğulayıb.